Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Space" TV-də bayraq biabırçılığı - FOTO

"Space" TV-də bayraq biabırçılığı - FOTO

2023-08-05 , 15:35

“Space” kanalında yayımlanan “Qayda-Qanun” verilişində bayrağımızın stolüstü görünüşü diqqət çəkib.

KONTAKT.az xəbər verir ki, veriliş boyu Azərbaycan bayrağı efirdə tərsinə qoyulmuş vəziyyətdə yayımlanıb.
Təəccüb doğuran əsas məqam isə bu halın verilişi idarə edən qanun müdafiəçilərinin gözündən yayınmasıdır. Məsələ sosial şəbəkələrdə də insanların tənqid hədəfinə tuş gəlib.

Qeyd edək ki, bir çox idarə, müəssisə və təşkilatlarda Azərbaycan bayrağının tərsinə asılması hallarına tez-tez rast gəlinir ki, bu da dövlət rəmzimizə qarşı hörmətsizlik kimi qiymətləndirilir. Odur ki, bayrağımızın rəng çalarlarını və daşıdığı mənanı bir daha xatırladırıq.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir: yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.