Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fazil Mustafa: "Ən çox söyüş söyən dindarlardır"

Fazil Mustafa: "Ən çox söyüş söyən dindarlardır"

Fazil Mustafa:
2023-08-18 , 14:23

Milli Məclisin deputatı Fazil Mustafa təriqətlərlə bağlı açıqlaması ilə gündəmə gəlib. 

Yenilik.az xəbər verir ki, Baku TV-də yayımlanan “Qapqara” verilişinin qonağı olan millət vəkili sünni-şiə ayrıseçkiliyindən danışıb: 
“Bəzən deyirlər ki, Azərbaycanda 60% şiə, 40% əhli-sünnə camaatı var. Bəs bunların arasında müsəlman yoxdur? Axı biz bütöv müsəlman anlayışından çıxış edirik. Qurana istinad etməyən hər hansı bir islam insan ağlının uydurduğu islamdır. Avropada Quranı cırırlar, yandırırlar, bunun qarşılığı peyğəmbərin həyatının verdiyi örnəklər olmalıdır. Külü güllə əvəz etməyi bacaran zehniyyət çox aşağıdır. İslam bu deyil. 
İslama edilən hücum müsəlmanların yaratdığı qorxu ilə bağlıdır. Müsəlman birinci özünü islah etməlidir. Özünü insansevər, din adamı kimi göstər ki, yanındakı dinindən asılı olmayaraq səndən çəkinməsin. Səni xeyirli əməl adamı kimi qəbul etsin”. 
Onun sözlərinə görə, söyüş söyənlərin böyük qismi elə dindarlardır: 
“Söylədiklərimi bəyənmirsinizsə, mənimlə müzakirəyə çıxın. Kiminsə hansısa fikrini bəyənməyəndə onu söyməməlisiniz”. 
Deputat bildirib ki, bu gün saxta insanlar Hacı, Kərbəlayi, Məşhədi titullarına bürünürlər:
"Bu gün insan olmadan öncə müsəlman olanların yaratdığı fəlakətin əziyyətini bütün İslam dünyası çəkir. Birinci insan olun sonra müsəlman olmağınızla qürur duyun. İnsan olmaq üçün hansısa dinin sahibi olmağa ehtiyac yoxdur. Əxlaq olmayandan sonra bunu namazla, orucla, müsəlmanlıqla pərdələyəndə saxta insana çevrilirsən. Bu zaman təcili olaraq özünə Hacı, Kərbəlayi, Məşhədi kimi saxta titullar yaradırsan. Bu saxta titullar içində şəxsiyyət görünmür".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.