Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Rasim Balayevi məhv etmək mədəniyyətə qəsddir” - Elçin Əlibəyli

“Rasim Balayevi məhv etmək mədəniyyətə qəsddir” - Elçin Əlibəyli

“Rasim Balayevi məhv etmək mədəniyyətə qəsddir” - Elçin Əlibəyli
2023-08-23 , 14:27

Tanınmış teleaparıcı Elçin Əlibəyli Xalq artisti rasim Balayevin müdafiəsinə qalxıb.


Yenilik.az Sfera.az-a istinadən xəbər verir ki, aparıcı həmkarlarını da buna səsləyib.

O, son günlər R.Balayevə qarşı aparılan kampaniyanın mədəniyyətə zərbə vurduğunu qeyd edib:

"Bu mövzuda yazmaq istəmirdim, çünki tamaşaçının Rasim Balayevə haqq etdiyi simpatiya, danılmazdır. Ancaq Rasim Balayevi gözdənsalma kampaniyası sosmed qeybətindən çıxıb, total miqyas alır deyə, həmkarlara onu qorumaq çağırışı edirəm. Rasim Balayev böyük aktyordur, hətta ən zəif alınan obrazda belə, ustalıq göstərib. Rasim Balayev həm də ləyaqətini, mənliyini, şəxsiyyətini hər zaman qoruyan şəxsdir! Bu illər ərzində nə xalqına, nə sənətə, nə kinoya xəyanət edib! Haqq etdiyi mükafatı və sevgini daşıyır! Son otuz ildə Rasim Balayev səviyyəsində aktyor yetişməyən ölkədə onu belə məhv etmək mədəniyyətə qəsddir! Yetər!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.