Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kokos yağının orqanizm üçün TƏHLÜKƏSİ

Kokos yağının orqanizm üçün TƏHLÜKƏSİ

Kokos yağının orqanizm üçün TƏHLÜKƏSİ
2023-09-02 , 18:17

Campinas Universitetinin braziliyalı alimləri “Hodge” araşdırmasında kokos yağının sağlamlıq üçün təhlükəli ola biləcəyini müəyyən ediblər.


Lent.az xarici mediaya istinadla bildirir ki, işin nəticələri “Journal of Functional Foods” jurnalında dərc olunub. Kokos yağının piylənməyə səbəb olduğu bildirilir.

Tədqiqatçılar təcrübələrini siçanlar üzərində aparıblar. Yüksək dozada kokos yağı verilən siçanların çəkisi artıb, qida qəbulunda dəyişikliklər olub, mərkəzi sinir sistemi, piy toxuması və qaraciyər xəstəlikləri aşkar edilib. Subyektlərdə toxluq hissi və qan şəkəri səviyyələrini tənzimləyən hüceyrə mexanizmlərini aktivləşdirmək qabiliyyəti də zəifləyib.

Tədqiqat göstərir ki, kokos yağının uzun müddət istifadəsi əhəmiyyətli metabolik dəyişikliklərə, piylənməyə və digər xəstəliklərə səbəb ola bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.