Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış jurnalist “Kapital Bank”ı məhkəməyə vermək istəyir

Tanınmış jurnalist “Kapital Bank”ı məhkəməyə vermək istəyir

Tanınmış jurnalist “Kapital Bank”ı məhkəməyə vermək istəyir
2023-09-02 , 18:35

Tanınmış jurnalist Bəxtiyar Hacıyev “Kapital Bank”ı məhkəməyə vermək istəyir.

Yenilik.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. B.Hacıyev kartından 322 manat artıq pul çıxıldığını qeyd edib. O, bildirib ki, “Kapital Bank”a müraciət edib, texniki səhv olduğu və gün ərzində pulun geri qaytarılacağı cavabı verilib. Lakin vəsait karta qaytarılmayıb.
“Pulumun gecikən hər dəqiqəsinə, saatına, gününə görə bankdan maddi təzminat tələb edə bilərəm, ya yox? “Kapital Bank”ı məhkəməyə verəcəm. Hansı vəkili və ya eksperti məsləhət görərdiniz? Hüquqi məsləhətə ehtiyacım var. Pulumu alıb qaytarmırlar. Deyirlər, müraciətinizə 10 iş günü ərzində baxılacaq. Hər gecikən günə görə təzminat tələb edəcəm”, – jurnalist qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.