Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aqil Abbas Çingiz Abdullayevi müdafiə etdi: "Cahillərə fikir verməyin, hürüb-hürüb, axırda yorulacaqlar”

Aqil Abbas Çingiz Abdullayevi müdafiə etdi: "Cahillərə fikir verməyin, hürüb-hürüb, axırda yorulacaqlar”

Aqil Abbas Çingiz Abdullayevi müdafiə etdi:
2023-09-04 , 15:27

“Çingiz Abdullayev o statusu əsəbindən yazıb. Hara tərk edir ölkəni? Niyə? O trollar Çingiz Abdullayevi boğaza yığıblar. Hər gün təhqir... Danışığında, nə bilim, yazısında nöqsan tuturlar. Çingiz bir yazıçı kimi Azərbaycanı bütün dünyada təmsil edir. Azərbaycanın Xalq yazıçısıdır. Hansı ölkəyə gedirsən, Çingiz Abdullayevin kitabları satılır. Belə bir hörmətli, şöhrətli yazıçı barədə ağızlarına nə gəldi yazırlar...” 

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib. 
 
“Bu adam Bakı ləhcəsində danışır, bakılıdır də. Burda nə var ki? Mən də qarabağlıyam, Qarabağ ləhcəsində danışıram. Nə qədər edirlər, elə “gələjəm”, “gedəjəm” deyirəm. İndi məni vurub öldürək? Ordan-burdan gözü götürməyənlər Çingiz Abdullayevi pisikdirirlər. Heç yerə gedən deyil. O, vətənpərvər bir adamdır. Onun Moskva televiziyasında çıxışlarına baxsınlar, Qarabağ məsələsi ilə bağlı rusları necə susdurur...”, - deputat qeyd edib. 
 
A.Abbas REAL TV-nin baş direktoru  Mirşahin Ağayevin “ Çingiz Abdullayev harasa getmək haqqında yox, cahiliyyəni necə susdurmaq barəsində fikirləşməlidir" sözlərinə də münasibət bildirib: “Necə susdursun? Cahilə nə deyirsən, de. Cahil necə susur? Mirşahin düz deyir, amma necə susdursun? Cahili susdurmaq olar? Mirşahin özü susdura bilir? Ona da gündə nə qədər hər verilişində, hər danışığında hücum edirlər. Susdurmaq mümkün deyil. Sadəcə, hər kəs öz işini görməlidir. Cahillərə fikir verməyin, hürüb-hürüb, axırda yorulacaqlar”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.