Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Daha iki icra başçısının müavini işdən çıxarıldı

Daha iki icra başçısının müavini işdən çıxarıldı

Daha iki icra başçısının müavini işdən çıxarıldı
2023-09-08 , 14:44

Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.

 
Sfera.az xəbər verir ki, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb. 
 
Sərəncama əsasən, icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı işdən çıxarılıb.
 
Eyni zamanda Şahbuz rayon icra başçısının müavini də işdən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb. 
 
Sərəncama əsasən, icra başçısının müavini Tural Quliyev işdən çıxarılıb.
 
Qeyd edək ki, bundan əvvək Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva işdən çıxarılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.