Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu tanınmışlar da "Xəzər TV"dən getdi

Bu tanınmışlar da "Xəzər TV"dən getdi

Bu tanınmışlar da
2023-09-11 , 14:47

"Xəzər TV"nin tanınmış simalarından olan aparıcı, ssenarist Valeh Əhmədov da yeni sezondan kanalla əməkdaşlığına son qoyub.

V.Əhmədov bu barədə özü məlumat yayıb.
"25 yaşında gəldim, 39 yaşında getdim. "Qələm qrup”a və şəxsimə həmişə hörmət göstərən dəyərli Murad müəllimə işdən ayrılmaqla bağlı müraciət etdim. Xəzərdə işlədiyim ilk gündən bu günə qədər üzərimdə əməyi, faydası, duası, xoş arzusu, haqqı olan hər kəsə, bütün müdirlərə, kolleqalarıma və iş yoldaşlarıma, dəyərli izləyicilərimizə sonsuz təşəkkür edirəm. Uca Allaha sonsuz şükür edirəm ki, sayəsində bir çox uğurları mənə nəsib etdi. Serial sektorunun davamlı olaraq başlaması "Aramızda qalsın” serialı ilə oldu (2011-ci ilin yanvar ayından), ilk günlük serial, reytinq rekordları, (29, 27 reytinq), ən çox serialı serial, canlı yayımlanan serial və ən əsası, gözəl ailə, gözəl dostlar. Mən "Xəzər”in bir əməkdaşı yox bir parçası oldum həmişə. Proqramlar da işlədim, reytinq incələmələrində, tanıtımların hazırlanmasında iştirak etdim. Bəzən 5 "sutka” oldu ki, evə getmədim. Məsləhət alanda kiminsə haqqında pis fikir söyləmədim, əlimdə imkan oldusa, bunu dostlarım üçün də istədim, kimsənin qarşısını kəsəcək addım atmadım, pozitiv düşündüm, pozitiv yaşadım. Biz böyüklərimizdən öncə başqasına dua etməyi öyrəndik. Yenə də eyni duanı edirəm. Uca Allah hər kəsin xoş niyyətlə gördüyü bütün işlərini avand etsin, bizim də həmçinin. Hələlik evim...” - o qeyd edib.
Kanalın ən çox izlənən verilişlərindən biri "Söhbət musiqidən gedir" verilişi bağlanıb. Aparıcı Leyla Quliyevanın da Xəzər TV-dən gedəcəyi bildirilir.
Bununla yanaşı, "Xəzər TV" yeni işə başlayanlar da olub. "Real TV"nin əməkdaşı Mehman Rəsulov yeni sezondan "Xəzər TV"də redaktor vəzifəsində çalışacaq. //Pravda.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.