Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanlı iş adamının oğlunun Moskvadakı toyuna ulduzlar axın etdi (FOTO/VİDEO)

Azərbaycanlı iş adamının oğlunun Moskvadakı toyuna ulduzlar axın etdi (FOTO/VİDEO)

Azərbaycanlı iş adamının oğlunun Moskvadakı toyuna ulduzlar axın etdi (FOTO/VİDEO)
2023-09-12 , 15:16

Ötən axşam Moskvada əslən Şəmkirdən olan azərbaycanlı iş adamının oğlunun dəbdəbəli toyuna məşhur ulduzlar axın edib. 


Bizim.Media xəbər verir ki, sözügedən məclisə Əməkdar artist Ədalət Şükürov, türkiyəli müğənnilər Ziynət Sali, Adil Karaca, Azərbaycan əsilli rusiyalı ifaçılar "Jony” (Cahid Hüseynli), "Bahh Tee” (Bəxtiyar Əliyev), "HammALİ & Navai” (Aleksandr Əliyev və Nəvai Bəkirov) çıxış ediblər. 


Diqqət çəkən məqam isə sözügedən gecədə Ədalətin səhnədə ifası zamanı Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun qol qaldırıb rəqs etməsi olub. 

Şükürov məclisdə səhnə alan bir sıra həmkarları ilə bir araya gələrək, xatirə "selfi”lər çəkdirib. Həmin şəkilləri isə Əməkdar artist sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.