Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzov: "Gərək ermənilərin başına hər dəfə “Dəmir Yumruq” dəyə ki, ağıllanalar"

Siyavuş Novruzov: "Gərək ermənilərin başına hər dəfə “Dəmir Yumruq” dəyə ki, ağıllanalar"

Siyavuş Novruzov:
2023-09-20 , 16:01

“Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə danışığında, çıxışlarında, bəyanatlarında da dəfələrlə qeyd edib ki, erməniləri sülhə dəvət edir, Qarabağda yaşayan erməni sakinlərinin hər birinin təhlükəsizliyinə, hər bir azərbaycanlıya verilən hüquqların onlara da veriləcəyinə təminat verir. Ermənilər isə bu prosesdən istifadə etmədilər, əksinə, Azərbaycana qarşı daim terror aktları həyata keçirdilər. Bunun nəticəsində həm dinc sakinlərimiz, həm də hərbçilərimiz şəhid oldular. Azərbaycanı lokal antiterror tədbirləri həyata keçirməyə məcbur etdilər. 1 sutka yarım ərzində, demək olar, bütün silahlı birləşmələr darmadağın edildi. Paşinyan və digərləri yenə də məcbur qalıb telefonlara qaçaraq dünya ölkələrini bir-birinə qatdılar ki, Azərbaycanı dayandırın, yoxsa vəziyyət daha da gərgin olacaq. Cənab Prezident şərt qoymuşdu ki, Qarabağdakı erməni silahlı dəstələri 2020-ci ilin noyabrın 10-da imzalanmış protokolun 4-cü maddəsinə uyğun olaraq ləğv olunmalıdır, silah-sursat təhvil verilməlidir, ağ bayraq qaldırılmalıdır, ərazilərimizi tərk etməlidirlər. Bütün bu şərtlərin hər biri ilə razılaşdıqdan sonra bu gün saat 13:00-da atəşkəs elan edildi, lokal antiterror tədbirləri dayandırıldı”. 

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 
 
“Ermənilər neçə vaxt bundan əvvəl razılaşdırılmış Yevlax görüşündən imtina etmişdilər. Lakin nəticədə Yevlax görüşü məsələsi ortaya qoyuldu. Görüşün mahiyyəti budur ki, həmin qüvvələr qısa müddətdə ərazilərimizi tərk etməli, silah-sursatın hamısını Azərbaycana təhvil verilməlidirlər. Görüşdə rus sülhməramlıları da iştirak edəcəklər. Digər Azərbaycan vətəndaşları təmin edildiyi kimi Qarabağ iqtisadi zonasında da gələcəkdə kəndlərin fəaliyyəti, onların təchizatı, tibbi yardım, ərzaq təminatı həyata keçiriləcək. Bu, addım-addım gələn yoldur. Əgər vaxtında sülh müqaviləsini imzalasaydılar, heç bu cür hallara gəlib çıxmazdı. Lakin Ermənistanın məkrli niyyəti, sülh üzərində oyunlar, başqa-başqa dövlətlərin öyrətmələrinə uyğunlaşmaları bunları həmişə belə vəziyyətə gətirib çıxarır. Gərək ermənilərin başına hər dəfə “Dəmir Yumruq” dəyə ki, ağıllanalar. 44 günlük müharibədən sonra ağıllandılar, bir az keçdi, yenə ağıllarını itirdilər. “Qisas” əməliyyatında “Dəmir Yumruq” yenidən başlarına dəydi. Qısa zaman keçdi, yenə ağıllarını itirdilər. İndi də lokal antiterror tədbirlərində “Dəmir Yumruq” dəydi, yenə ağıllanıblar. Görək də, axırı nə olur. Axırda ağıllandıracağıq”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.