“Prezidentə və birinci xanıma ilk gündən göstərdikləri bütün dəstəyə görə təşəkkürümü bildirirəm” - Video
Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
“İlk anda Mərkəzi Klinik Xəstəxanada onun müalicəsi dövlət nəzarətinə götürüldü. Mümkün olan bütün tədbirlər həyata keçirildi, qardaş Türkiyədən də həkimlər dəvət olundu. Ancaq təəssüf ki, xəstəlik çox ciddiləşmişdi, onun həyatını xilas etmək mümkün olmadı. Mən dövlətimizə, cənab Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya ailəmizə göstərdiyi həm mənəvi, həm də digər dəstəklərə görə təşəkkürümüzü bildirirəm. Eyni zamanda, Heydər Əliyev Fonduna da, onun məsul şəxslərinə də öz dərin minnətdarlığımızı bildirəm. Allah dövlətimizi qorusun”.
OXŞAR XƏBƏRLƏR