Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “20 sentyabr “Bütövlük Günü” kimi qeyd olunsun”

“20 sentyabr “Bütövlük Günü” kimi qeyd olunsun”

“20 sentyabr “Bütövlük Günü” kimi qeyd olunsun”
2023-10-02 , 13:31

“20 sentyabr 44 günlük İkinci Qarabağ müharibəsinin davamıdır və “Bütövlük Günü” kimi qeyd oluna bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin payız sessiyasının ilk plenar iclasında bildirib.
Deputat qeyd edib ki, 1 günlük döyüşlər - 20 sentyabr tarixi Vətən müharibəsinin davamıdır, onu tamamlayaraq 45 günlük müharibə kimi simvollaşa, Azərbaycanın siyasi təqviminə qızıl hərflərlə yazıla bilər: ““Əsrin neft müqaviləsi” “Əsrin qələbəsi”nə çevrildi və daşıdığı ümumxalq əhəmiyyətinə görə milli bayramdır. Təklif edirik ki, on illərlə soyqırımı, kütləvi insan və torpaq itkiləri yaşayan bir xalqın 8 noyabrda qazandığı Zəfərin davamı olaraq, 20 sentyabrı “Bütövlük günü” kimi qeyd edək və onu rəsmiləşdirək, əbədiləşdirək.
Ümidvarıq ki, parlamentin ölkə rəhbərinə müraciəti yüksək qiymətləndirilər, çünki hər bir azərbaycanılının, bütövlükdə xalqımızın iradəsini əks etdirir. Biz indi millətimizin tarixində yeni qalibiyyət təqvimini yaratmağa borcluyuq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.