Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Arayikin Azərbaycanda vəkili o oldu

Arayikin Azərbaycanda vəkili o oldu

Arayikin Azərbaycanda vəkili o oldu
2023-10-04 , 14:38

Qarabağda erməni separatçıların yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu, vəkil Alov Səfərəliyevdir. O, sosial şəbəkə səhifəsində bildirib ki, Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak edib.
Vəkilin sözlərinə görə, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.
Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.
Qeyd edək ki, A.Səfərəliyev özü də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.