Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda nazir işdən çıxarıldı - YENİ TƏYİNAT

Azərbaycanda nazir işdən çıxarıldı - YENİ TƏYİNAT

Azərbaycanda nazir işdən çıxarıldı - YENİ TƏYİNAT
2023-10-11 , 16:43

Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

 
Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Sərəncam imzalayıb.
 
Digər sərəncamla Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib.
 
Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da ədliyyə nazirinin müavini Hüseyn Səfərova həvalə edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.