Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda DƏHŞƏT! Qızı yaşlı anasını əlil arabasına bağlayaraq dilənməyə məcbur etdi — FOTO

Bakıda DƏHŞƏT! Qızı yaşlı anasını əlil arabasına bağlayaraq dilənməyə məcbur etdi — FOTO

Bakıda DƏHŞƏT! Qızı yaşlı anasını əlil arabasına bağlayaraq dilənməyə məcbur etdi — FOTO
2023-10-11 , 16:53

Paytaxtın Nəsimi rayonunda, Səməd Vurğun küçəsində yaşlı qadın zorla diləndirilib.


Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

İddia edilir ki, yaşlı qadın özünü onun qızı kimi təqdim edən şəxs tərəfindən ərazidəki marketin yaxınlığında dilənməyə məcbur edilib. Hadisəyə yaxınlıqdakı vətəndaşlar müdaxilə edib. Daha sonra məlum olub ki, qadının ayaqları əlil arabasına skoçla bağlanıb.

Ətrafdakıların ciddi narazılığından sonra qadın və qızı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparılıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.