Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xalq artistinin polkovnik oğlu işdən çıxarıldı - FOTO

Xalq artistinin polkovnik oğlu işdən çıxarıldı - FOTO

Xalq artistinin polkovnik oğlu işdən çıxarıldı - FOTO
2023-10-12 , 14:03

Xalq artisti, "Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Gömrük Komitəsindəki vəzifəsindən kənarlaşdırılıb.

 
Yenilik.az xəbər verir ki, o, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib. Gömrük polkovniki rütbəsini daşıyan Xoşbəxt Abdullayev uzun müddət Gömrük Komitəsinin baş inspektoru vəzifəsində çalışıb.
 
Qeyd edək ki, X.Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.(Qaynarinfo)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.