Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Mən xoşbəxtəm ki, 20 il əvvəl ilk dəfə seçki hüququmdan istifadə edib Sizə səs vermişəm"-Prezidentə yazırlar

"Mən xoşbəxtəm ki, 20 il əvvəl ilk dəfə seçki hüququmdan istifadə edib Sizə səs vermişəm"-Prezidentə yazırlar

2023-10-19 , 02:03

Prezident İlham Əliyevə hər gün dünyanın və ölkəmizin hər yerindən səmimi və minnətdarlıq hissləri ilə dolu məktublar gəlir. Onlardan biri olduqca maraqlı olduğu üçün təqdim edirik. 


Sumqayıt şəhərindən Vüsalə Hacıyeva yazır:
Möhtərəm cənab Prezident!
Prezident seçilməyinizin 20 illiyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Mən xoşbəxtəm ki, 20 il əvvəl ilk dəfə seçki hüququmdan istifadə edib Sizə səs vermişəm. Ulu Öndərimiz Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini Siz ötən 20 il ərzində gördüyünüz böyük işlərlə, xüsusilə də 30 illik işğala son qoymaqla sübut etdiniz.
Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. 44 günlük Vətən müharibəsində Siz şanlı Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdiniz. Cəmi üç il sonra oktyabrın 15-də isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində və digər ərazilərimizdə Dövlət Bayrağımızı ucaltmaqla bizə növbəti dəfə sözlə ifadə olunmayacaq dərəcədə böyük xoşbəxtlik yaşatdınız. Sizə minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz."

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.