Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakı 13 saylı mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev belnəlxalq sertifikatla təltif edilib.

Bakı 13 saylı mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev belnəlxalq sertifikatla təltif edilib.

Bakı 13 saylı mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev belnəlxalq sertifikatla təltif edilib.
2023-10-23 , 15:11

Mediasiya Şurasının İdarə Heyətinin təqdimatına əsasən, Bakı 13 saylı mediasiya təşkilatının rəhbəri, Mediasiya Şurasının Daxili Audit Komitəsinin sədri, vəkil İlham Mehtiyev,  Beynəlxalq Əmək Təşkilatı tərəfindən təşkil edilmiş xüsusi və ixtisaslaşmış təlimlərdə iştirak etmiş və müvafiq sertifikatı almışdır. 

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyalarını ratifikasiya etmiş, yerli qanunvericiliyi Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən edilmiş standartlara uyğunlaşdırmışdır. Beynəlxalq Əmək Təşkilatı sosial, iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatdır. Beynəlxalq Əmək Təşkilatının digər ixtisaslaşdırılmış təşkilatlardan əsas fərqi onda üçtərəfli təmsilçiliyin olmasıdır. Həm hökümətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri Beynəlxalq Əmək Təşkilatının bütün direktiv orqanlarında təmsil olunurlar və konvensiyaların, tövsiyələrin qəbul edilməsində iştirak edirlər.

Mediasiya haqqında Qanunun 28.1-ci maddəsinin tələbinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsi məcburidir.  Mediasiya Şurası bundan sonra da mediatorların beynəlxalq səviyyədə təmsil olunmasına dəstək göstərəcəkdir.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.