Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən ixtisas artırma kurslarının daha bir mərhələsi başa çatdı.

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən ixtisas artırma kurslarının daha bir mərhələsi başa çatdı.

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən ixtisas artırma kurslarının daha bir mərhələsi başa çatdı.
2023-10-24 , 15:15

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün keçirilən "Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların ixtisas artırma kursları"nın daha bir mərhələsi başa çatdı.


Kurslarda iştirak edib, imtahandan uğurla keçən mediatorlara sertifikatlar təqdim edilib. Sertifikatvermə mərasiminda Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov iştirak edib, onlar yeni fəaliyyətə başlayan mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

31 nəfər ailə, 32 nəfər isə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə olmaqla, iştirakçıların cəlb edildiyi təlimin əsas məqsədi mediatorların ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri üzrə ixtisaslaşmasıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.