Qərbi Kaspi Universiteti Kollecinin tələbələrinə təhsil krediti barədə məlumat verilib

Qərbi Kaspi Universitetinin kollecindəTəhsil Tələbə Krediti Fondunun əməkdaşlarının tələbələrlə görüşü keçirilib.
Fondun əməkdaşı Günay Xəlilova məlumat verib ki, təhsilin əhatə dairəsini genişləndirmək, təhsilə əlçatanlığı təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılıb.
Tələbələrə təhsil tələbə kreditlərini əldə etmək üçün müraciət şərtləri və qaydaları barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR