Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda psixi sağlamlığı yerində olmayan müəllim uşaqlara liseydə dərs deyir?

Bakıda psixi sağlamlığı yerində olmayan müəllim uşaqlara liseydə dərs deyir?

Bakıda psixi sağlamlığı yerində olmayan müəllim uşaqlara liseydə dərs deyir?
2023-11-04 , 17:19

Bakıda valideynlər liseydə övladlarına psixi sağlamlığı yerində olmayan müəllimin dərs keçdiyini iddia ediblər. Bu barədə Oxu.Az-a övladı Kaspi Liseyinin Xətai rayonu, Ağ Şəhər filialında təhsil alan uşaqların valideynləri bildiriblər. 

 
İddia edilib ki, tarix fənnini tədris edən Elnur adlı müəllimin sosial şəbəkə hesabındakı paylaşımları uşaqların psixi sağlamlığına mənfi təsir edir və onun qeyri-adekvatlığından xəbər verir.
 
Onlar hətta 8-9-cu sinif qız uşaqlarına belə qeyri-adekvat cavan oğlanın dərs deməsinə etiraz ediblər.
 
Məsələ barədə Kaspi liseyinin tədbir görmədiyini qeyd ediblər. 
 
Kaspi Ağ Şəhər Liseyinin yeni direktoru Rəqsanə Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, Elnur müəllim ali təhsilli tarix müəllimidir:
 
“Gənc olmasına baxmayaraq, o, liseyimizin peşəkar müəllimlərindəndir. İkinci ildir ki, liseyimizdə dərs deyən Elnur müəllim şagirdlərin sevimlisidir. O, dərslərini müasir təlim metodları əsasında, interaktiv təşkil edir və bu yanaşma da şagirdlərin tarix fənninə olan sevgisini artırır.
 
Tarix fənni, bir qayda olaraq, V sinifdən tədris olunur və tarix müəllimləri yaşından asılı olmayaraq, tədris müəssisəsinin təyin etdiyi müvafiq sinifdə dərs deyirlər. Müəllimlərin, o cümlədən, tarix müəllimlərinin yaşına görə dərs deyəcəyi siniflər üzrə təsnifat aparılmır.
 
Bütün müəllimlər universitet təhsilini bitirdikdən sonra ixtisasına müvafiq siniflərdə dərs demək hüququna malikdirlər. Elnur müəllim də diplomunun ona verdiyi imkanlarla V-XI siniflərdə tarix fənnini tədris etmək hüququna malikdir”.
 
Liseydən qeyd edilib ki, Elnur müəllimin şəxsi sosial şəbəkə hesabına gəldikdə isə, iş saatından sonra hər bir vətəndaş kimi, onun da sosial şəbəkə hesabı açmaq hüququ var:
 
“Müəllim olaraq, sosial şəbəkə hesablarımızı daha diqqətli istifadə etmək bizim peşəkarlığımızı təcəssüm etdirir. O, peşəkar müəllim olmaqla yanaşı, incəsənətlə yaxından maraqlanan bir fərddir. O, boş vaxtlarında şeir də yazır.
 
Onun öz şəxsi hesabında paylaşdığı rəsmlər Van Qoq, Fransisko Qoyya kimi dünya korifeylərinin məşhur əsərləridir. Bu rəssamların yaradıcılığı ilə tanış olmayan valideynlər paylaşımlarla bağlı narahatlıqlarını ifadə edəndə, Elnur müəllim bu narahatlıqları nəzərə alaraq, paylaşımları silib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.