Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən Mediasiya Şurası üçün Maliyyə Savadlılığı təlimləri başa çatmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən Mediasiya Şurası üçün Maliyyə Savadlılığı təlimləri başa çatmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən Mediasiya Şurası üçün Maliyyə Savadlılığı təlimləri başa çatmışdır.
2023-11-05 , 17:03

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi, eyni zamanda istehlakçıların maliyyə savadlılığının artırılması istiqamətində işlər görür və davamlı olaraq tədbirlər təşkil edir. Bu tədbirlərin davamı olaraq 08 sentyabr-20 oktyabr 2023-cü il tarixlərində Mediasiya Şurasının 50 nəfərə yaxın mediatoruna “Maliyyə Savadlılığı”nın komponentləri əsasında hazırlanmış proqram  üzrə seminarlar təşkil etmişdir. Proqrama “Milli pul nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə”, “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”, “İstehlak kreditinin xüsusiyyətləri”, “Vətəndaşlar üçün sığorta”, “Əmanətlərin sığortalanması”, “Kapital bazarları/qiymətli kağızlar”, “Kredit tarixçəsi” mövzuları daxil edilmişdir. Təlim iştirakçılarına  Mərkəzi Bankın maliyyə savadlılığının artırılması istiqamətində hazırlanmış elektron resursları (www.infobank.az , www.edu.e-cbar.az , www.bizimpullar.az)  barədə ətraflı məlumat verilmişdir. 


Təlimlər zamanı regionlarda fəaliyyət göstərən mediatorların da onlayn platformada mövzuları dinləmək imkanı  təmin olunmuş, auditoriyanı maraqlandıran sualları cavablandırılmışdır.
Mediasiya Şurası ilə əməkdaşlıq çərçivəsində elektron resursların təşviqi xüsusilə Vurtual Təhsil Platformasındakı kurslara Şura üzvlərinin təmsil etdiyi təşkilatlardan auditoriya cəlb olunması nəzərdə tutulmuşdur.
Mediasiya Şurası üçün  “Maliyyə Savadlılığı” mövzuları üzrə proqram əsasında təlimlərin təşkili gələcəkdə də davam etdiriləcəkdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.