Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » YASAMAL RAYONUNDA SƏKİLƏRİ ZƏBT ETDİLƏR – FOTO

YASAMAL RAYONUNDA SƏKİLƏRİ ZƏBT ETDİLƏR – FOTO

YASAMAL RAYONUNDA SƏKİLƏRİ ZƏBT ETDİLƏR – FOTO
2023-12-01 , 13:42

Yasamal rayonu ərazisində piyada səkilərinin zəbt edilməsi davam edir. Müvafiq qaydalarda əsasən malların bilavasitə səkilərə, torpağın, yaşıllıqların, ağacların, yeşiklərin və s. üzərinə qoyularaq satışı qadağan olsa da, Yasamal rayonu ərazisində bu qayda gözlənilmir və ya müvafiq qurumlar bu qanunpozuntusuna şərait yaradır.

Tribunainfo.az xəbər verir ki, məhz rayon icra hakimiyyətlərinin verdiyi icazəyə əsasən mağazalar səkiləri asanlıqla zəbt edib, gediş-gəlişi çətinləşdirirlər.
Yasamal rayon sakinləri bildirib ki, Həsən bəy Zərdabi küçəsində (“20 Yanvar” metrostansiyasının yaxınlığı) malların səkiyə qoyularaq satılması və piyadaların hərəkətinə çətinlik yaradılması barədə dəfələrlə aidiyyəti qurumlara bildiriblər.
Bir müddət bununla bağlı tədbir görülür, ancaq sonra vəziyyət yenə əvvəlki kimi olur.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.