Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səfər Mehdiyevin qohumu da işindən çıxarıldı - FOTO

Səfər Mehdiyevin qohumu da işindən çıxarıldı - FOTO

Səfər Mehdiyevin qohumu da işindən çıxarıldı - FOTO
2023-12-05 , 15:43

Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edilib. 

Yenilik.az qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərov tutduğu vəzifədən azad olunub. 
Əliqulu Cəfərov öz istəyi ilə təqaüdə göndərilib. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Əliqulu Cəfərovun Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir. O, uzun müddət DGK-nin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub.

Səfər Mehdiyevin 2020-ci ildə müvafiq əmri ilə Türkiyədəki səfirliyimizə gömrük attaşesi təyin edilmişdi. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.