“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
Hər zaman müştəriyönümlülük və sərfəli qiymət strategiyasına sadiq qalan “Nar” öz abunəçiləri üçün yenilənmiş “Dinlət” xidmətini təqdim edir. Bir zamanların ən çox istifadə edilən xidmətlərindən biri olan “Dinlət” yeni funksiyalarla təkmilləşdirilib.
Qeyd edək ki, “Dinlət” xidmətinə qoşularaq sizə zəng edənlərə standart zəng səsi əvəzinə sevdiyiniz musiqi parçalarını, fərqli melodiyaları, əyləncəli replikaları və s. dinlədə biləcəksiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR