Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Komitə sədri: Məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Komitə sədri: Məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Komitə sədri: Məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz
2023-12-18 , 16:37

Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. Bu Konstitusiyamıza ziddir. Çünki Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır, eyni zamanda, təhsil dünyəvi xarakter daşıyır.

Yenilik.az APA-ya istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, orta məktəblərdə yalnız dinlər haqqında biliklərin verilməsindən söhbət gedə bilər:
“Burada da biz yalnız İslamla bağlı bilikləri nəzərdə tutmuruq. Hesab edirik ki, İslam, yəhudilik, xristianlıq, ümumiyyətlə, dünyadakı bütün dinlərlə bağlı gənclərə, böyüməkdə olan nəslə dünyagörüşü istiqamətində informasiya verilməsi olduqca önəmlidir. Əgər gənclərimizə bu informasiyanı biz versək, onlar müstəqil həyata qədəm qoyduqdan sonra radikal, xurafatçı dini qrupların təsiri altına düşməzlər. Eyni zamanda, onu da deyim ki, bununla bağlı ayrıca fənnin tədris olunmasına ehtiyac da yoxdur. Bu biliklər tarix, coğrafiya, ədəbiyyat, Həyat bilgisi kimi humanitar fənlərin içərisində yer alır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.