Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı proseduru sadələşdirib

Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı proseduru sadələşdirib

Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı proseduru sadələşdirib
2023-12-27 , 19:46


✅ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir.

✅ Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir.

✅ Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir.

✅ Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır.

✅ Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-nin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya MPM-nin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

✅ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.

Daha ətraflı: https://supremecourt.gov.az/storage/pages/1988/qerardad-alimentin-50-faizi-yekun-variant.pdf


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.