Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapıldı, ölənlərin sayı 9-a çatdı - YENİLƏNDİ

Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapıldı, ölənlərin sayı 9-a çatdı - YENİLƏNDİ

Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapıldı, ölənlərin sayı 9-a çatdı - YENİLƏNDİ
2024-01-16 , 16:51

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.

 
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
 
***
14:50
 
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.
 
Bu barədə nazirlikdən bildirilib.
 
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
 
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.