Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi
Səhhətində problem yaranan məşhur meyxanaçı Xəyyam Əhmədli Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
"Hələ ki səhhətimdə heç bir irəliləyiş yoxdur, əvvəlki kimiyəm. Evdə də müalicə olunurdum. Amma nəticə olmadığından, xəstəxanaya yerəşdirildim. Dava-dərman verilir, sistemlər qoyulur. Görək nəticə necə olacaq".
Qeyd edək ki, meyxanaçının ürəyində problemlər yaranıb və təcili əməliyyat olunmalıdır. Lakin səhhəti buna imkan vermədiyi üçün həkimlər bir müddət gözləməyə qərar verib.
OXŞAR XƏBƏRLƏR