Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Baş Prokurorluqda mediatorlar üçün maarifləndirici seminar təşkil edilib

Baş Prokurorluqda mediatorlar üçün maarifləndirici seminar təşkil edilib

Baş Prokurorluqda mediatorlar üçün maarifləndirici seminar təşkil edilib
2024-01-19 , 16:43

Cari ilin yanvarın 17-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə Baş Prokurorluqda mediatorlar üçün maarifləndirici seminar təşkil edilib. 

“Əsas insan hüquq və azadlıqların qorunmasında prokurorluq orqanlarının rolu” mövzusunda keçirilən tədbirdə Baş Prokurorluğun Cinayət tərkibindən kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, şöbə rəisi Nigar Qələndərli, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, mediatorlar, eləcə də media nümayəndələri iştirak edib. 

Seminar iştirakçılarını salamlayan Mübariz Əhmədov, Elnur Musayev və Nadir Adilov prokurorluq və Mediasiya Şurası arasında əməkdaşlıq barədə məlumat verib, mediatorların peşə hazırlığının artırılması məqsədilə nəzərdə tutulan tədbirlər barədə danışıb. 

Təlimçilər şöbə rəisi Əmir Ocaqverdiyev, böyük prokurorlar Nigar Əskərova, Namiq Əliyev və Zamir Paşayev insan hüquq və azadlıqların qorunmasında mediatorların fəaliyyəti, cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması qaydası, ağır və xüsusilə ağır cinayət hadisələri barədə məlumat vermə mexanizmi, mediasiya prosesinin rəqəmsallaşdırılması, bu sahədə Baş Prokurorluğun təcrübəsi, mediasiya haqqında qanunvericiliyin inkişafı perspektivinin müzakirəsi və digər məsəllərə dair mühazirələr iştirak edən 70-ə yaxın mediatorların diqqətinə çatdırılıb.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.