Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakı metrosunda sərnişin ÖLDÜ

Bakı metrosunda sərnişin ÖLDÜ

Bakı metrosunda sərnişin ÖLDÜ
2024-01-24 , 17:32

“Bakı Metropoliteni” QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib.

 
Sfera.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla bağlı maşinistə məlumat daxil olan kimi dərhal tədbirlər görülüb.
Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.
 
Allah rəhmət eləsin!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.