Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İmam Əlinin ad günü qalmaqal yaratdı: “Cahiliyyə dövrünün ərəbləri...”

İmam Əlinin ad günü qalmaqal yaratdı: “Cahiliyyə dövrünün ərəbləri...”

İmam Əlinin ad günü qalmaqal yaratdı: “Cahiliyyə dövrünün ərəbləri...”
2024-01-27 , 14:24

Xəbər verdiyimiz kimi, Orxan Lökbatanlının sosial şəbəkələrdə yayılan tort videoları müzakirə yaradıb. 

Belə ki, O.Lökbatanlı və Vasif Əzimov Həzrəti Əlinin ad gününün qeyd olunduğu məclisdə səhnə alıblar. Onlar imamın ad günü üçün xüsusi dekorlu tort hazırlatdırıblar. 
Söz ustadlarının bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılıb. 
Məsələ ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, İslam dinində belə bir anlayış yoxdur: 
“Bu məsələ ilə bağlı konkret olaraq nə isə demək mümkün deyil. Çünki biz həqiqətən azad bir ölkədə yaşayırıq, istəyən adam istədiyi yerdə bu cür məclis keçirə bilər. Həmin şəxs istər gəncəli, istər qaradağlı, istərsə biləcərili olsun, o, tort bişirtdirib hansısa ad günü keçirə bilər, bu insanların şəxsi məsələsidir. 
Dinə qaldıqda isə dinimizdə belə bir anlayış olmayıb, yoxdur. Bunu edənlərə də “sən niyə edirsən?” deyə bilmərik”. 
İlahiyyatçı bu məclisi və hazırladılmış tortu cahiliyyə dövrünün ərəbləri ilə müqayisə edib: 
“Bu görüntülər mənə İslamın gəlişindən əvvəl olan, günümüzdə xatirə olaraq danışılan cahiliyyə ərəblərin, Məkkə müşriklərinin bir hadisəsini xatırlatdı: Onlar müəyyən bütlərin xəmirdən heykəllərini düzəldərlərmiş. Səfərə çıxanda həmin “heykəlləri” qabaqlarına qoyub onların vasitəsilə ibadət edirlərmiş, bir müddət sonra acanda isə xəmirdən olan bütləri yeyirlərmiş. 
Görüntülər mənə bu hadisəni xatırladır. Onlar İmam Əlinin ad gününü qeyd ediblər, bəs sonra o tortu yeməyiblərmi? Bunun mənası nədir? Bu da onların biləcəyi məsələdir...” 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.