Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Telefonun yanında bu əşyaları saxlamayın – TƏHLÜKƏLİDİR

Telefonun yanında bu əşyaları saxlamayın – TƏHLÜKƏLİDİR

Telefonun yanında bu əşyaları saxlamayın – TƏHLÜKƏLİDİR
2024-01-27 , 15:03

Müasir dünyada çoxları artıq həyatını telefonsuz təsəvvür edə bilmir. Ancaq onun uzun müddət davam etməsi üçün ona düzgün qulluq etmək vacibdir. Bura onun təhlükəsiz yerdə saxlanması da daxildir.

Lent.az-ın məlumatına görə, bəzi əşyalar var ki, onlar mobil cihazların yanında saxlanılmamalıdır. 
Məsələn, smartfonları brelokdan uzaq tutmaq daha yaxşıdır. Çünki brelok cihazın ekranını və arxa panelini cıza bilər. O, qidalardan da uzaq saxlanılmalıdır. Çünki yemək qırıntıları qadcetinizin üzərinə düşə bilər. Telefonunuzu çirkləndirməkdən əlavə, kiçik qırıntılar telefonunuzun dinamikini bağlaya bilər və bu, onun pis işləməsinə gətirib çıxaracaq.
Smartfonunuzun qutusunda pul gizlətmək yaxşı fikir deyil. Bunu çoxları etsə də, smartfona ziyandır. Çünki kağızla təmas onun çox istiləşməsinə səbəb ola bilər.
Bu, plastik kartlara da aiddir. Ancaq bu halda ödəniş kartlarının üzərindəki maqnit zolaqları telefonun yanında saxlandıqda maqnitsizləşir. Həmçinin, telefonunuzu cibinizdən və ya çantanızdan çıxaran zaman kartlar, pullar onunla birlikdə çıxıb itə bilər. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.