Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan bankları köhnə dollarları niyə almır?

Azərbaycan bankları köhnə dollarları niyə almır?

Azərbaycan bankları köhnə dollarları niyə almır?
2024-01-31 , 13:18

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda bəzi bankların köhnə dollarları götürməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bununla bağlı nə Mərkəzi Bankın, nə də bankların xüsusi yanaşmasının olduğunu bildirib.
“Köhnə və təzə dollar istehsal ilinə görə təsnifləşdirilir. 2006-cı ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır və bank onu xaricə göndərib komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur”, - deyə sədr vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.