Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 32 yaşlı kişi ilə nikahsız yaşayan yeniyetmə qız polis şöbəsinə çağırıldı

32 yaşlı kişi ilə nikahsız yaşayan yeniyetmə qız polis şöbəsinə çağırıldı

32 yaşlı kişi ilə nikahsız yaşayan yeniyetmə qız polis şöbəsinə çağırıldı
2024-01-31 , 18:34

Daxili İşlər Nazirliyi Mingəçevirdə 16 yaşlı qızla 32 yaşlı kişinin evlənməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Musavat.com-a bildirib ki, ötən il rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü D.V Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər:
"Onlarla profilaktik iş aparılıb. Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq". 
Qeyd edək ki, qanunvericiliyə görə, 16 yaşı tamam olmuş şəxslə könüllü şəkildə intim münasibətdə olmaq cinayət məsuliyyəti yaratmır. Həmçinin 17 yaşı tamam olmuş şəxslər rəsmi nikaha daxil ola bilərlər.
Xatırladaq ki, Baku TV-də Ruslan və Yeganə cütlüyünün bir-birinə qoşularaq qaçması və 2 ay öncə toylarının olması haqda reportaj yayımlanıb. Məsələdə diqqətçəkən məqam isə gəlinin nikah yaşına çatmaması və öz yaşından 2 dəfə böyük olan 32 yaşlı şəxslə ailə həyatı qurmasıdır. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.