Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xırdalanda qanunsuz tikililər SÖKÜLDÜ - VİDEO

Xırdalanda qanunsuz tikililər SÖKÜLDÜ - VİDEO

Xırdalanda qanunsuz tikililər SÖKÜLDÜ - VİDEO
2024-02-03 , 17:03

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən verilən xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.