Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Araik Arutyunyan seçkilərdə iştirak üçün MÜRACİƏT ETDİ

Araik Arutyunyan seçkilərdə iştirak üçün MÜRACİƏT ETDİ

Araik Arutyunyan seçkilərdə iştirak üçün MÜRACİƏT ETDİ
2024-02-03 , 17:37

Araik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib.

Yenilik.az xəbər verir ki, Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara yazılı müraciət edib.
Bundan əvvəl də yazdığımız kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır.
Sitat: “Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, “ucuz yırtmaq” məqsədi ilə belə davranış sərgiləyir”.
Məlumatda o da vurğulanırdı ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi “Alov qüllələri”nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: “Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm”, deyə, hər dəfə də yaltaq – yaltaq təkrar edir.
Mötəbər qaynağımız bildirir ki, Araik Arutyunyanın digər arzuları kimi, 7 fevral seçkisində iştirak etmə arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün Azərbaycan vətəndaşlığı olmalıdır. İndiki halda bu fakt yoxdur – ortalıqda ancaq Araikin arzusu var.//Musavat.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.