Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyev yeni rəhbəri vəzifədən azad etdi

Ramiz Mehdiyev yeni rəhbəri vəzifədən azad etdi

Ramiz Mehdiyev yeni rəhbəri vəzifədən azad etdi
2024-02-05 , 16:49

“Bank BTB” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub.

Yenilik.az“Ölkə.Az”a istinadən xəbər verir ki, Bankın MŞ-nın üzvü Rövşən Fərhad-zadə vəzifəsindən azad olunub.
Qeyd edək ki, o, bu vəzifəyə ötən il martın 13-də təyin olunmuşdu.
Hazırda “Bank BTB” ASC-nin Müşahidə Şurası sədr və bir üzvdən ibarətdir.
Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.