Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mikayıl Cabbarov səs verib

Mikayıl Cabbarov səs verib

Mikayıl Cabbarov səs verib
2024-02-07 , 15:53

İqtisadiyyat naziri Mikayıl Cabbarov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özləri tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev mübarizə aparır.//Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.