Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Zaqatalada qəzada xəsarət alan şagirdin son durumu AÇIQLANDI

Zaqatalada qəzada xəsarət alan şagirdin son durumu AÇIQLANDI

Zaqatalada qəzada xəsarət alan şagirdin son durumu AÇIQLANDI
2024-02-10 , 13:48

"Zaqataladan Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən İbrahim İbrahimzadə reanimasiya şöbəsində müalicəsini davam etdirir”.


Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.

Qeyd edək ki, ötən gün Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı İbrahim İbrahimzadə Bakıya gətirilib.

Xatırladaq ki, ötən gün, saat 13 radələrində Zaqatala şəhər sakini, Emin Oqtay oğlu İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi "Mercedes-Benz” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü üç məktəblini vurub. 

Hadisə nəticəsində azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itiriblər, İbrahim İbrahimzadə isə xəsarət alıb. 

Əlavə edək ki, E.İbrahimov daha əvvəl Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. O, polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.