Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ucarda ağır avtomobil qəzası olub: Ölən və yaralananlar var

Ucarda ağır avtomobil qəzası olub: Ölən və yaralananlar var

Ucarda ağır avtomobil qəzası olub: Ölən və yaralananlar var
2023-04-23 , 10:55

Ucarda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Yenilik.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.