İcra başçısı özünə yeni avtomobil aldı

Ağstafa Rayon İcra Hakimiyyəti üçün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb.
Təchizatçının kimliyinə gəlincə, bu, “Auto Azərbaycan” MMC-dir. “Auto Azərbaycan” MMC “Hyundai” şirkətinin Azərbaycandakı distribütorudur.
İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb.
Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.
OXŞAR XƏBƏRLƏR