Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Taleh Qaraşovu öldürmək istəyiblər

Taleh Qaraşovu öldürmək istəyiblər

Taleh Qaraşovu öldürmək istəyiblər
2024-03-25 , 16:19

Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs olunub.

“Qafqazinfo”nun məlumatına görə, DTX-nin yaydığı informasiyaya əsasən, müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. 
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. 
Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib. 
Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı 2012-ci ildən Taleh Qaraşovdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.