Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat: "Toylarda insanlara saxta içkilər təklif edilir"

Deputat: "Toylarda insanlara saxta içkilər təklif edilir"

Deputat:
2024-04-06 , 17:00

Azərbaycandakı toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir.

 
Bunu deputat Novruzəli Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Qida təhlükəsizliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
Onun sözlərinə görə, yenilənmiş qanun qüvvəyə minəndən sonra kiçik, kustar üsuldan istifadə edən istehsal sahələri bağlanacaq: "Ən çox vergi ödənişi məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas hədəf həmin kustar üsullu müəssisələri sıradan çıxarmaqdır. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək".
 
Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.