Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO 

Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO 

Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO 
2024-04-16 , 16:52

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. 

FHN-dən verilən xəbərə görə, hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə Nazirliyin Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən intensiv şəkildə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. 
Əlavə məlumat veriləcək. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.