Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
Azərbaycan telekanallarında hökm sürən biabırçı vəziyyət tezliklə aradan qalxa bilər. Ölkənin efir məkanı ciddi islahatlar ərəfəsindədir.
Məlumatlı şəxs iddia edib ki, teleməkandakı islahatlar gələn aydan başlayacaq. Onun sözlərinə görə, bu sıraya ilk növbədə verilişlərin vaxtının qısaldılması daxildir. Bununla paralel olaraq, mövzu seçiminə, studiyaya qonaqların dəvət edilməsinə də nəzarət olunacaq. Cəmiyyətdə mənfi reputasiyaya sahib olan şəxslər bundan sonra qapı arxasında qalacaqlar.
Mənbə adıçəkilən verilişlərin efirdən tamamilə qaldırılacağı tarixi də açıqlayıb. Bildirib ki, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bu verilişlər sezon sonunda - iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacaq. Sentyabr ayından efir məkanına daha səviyyəli verilişlərin “ayaq açması” gözlənilir.
Qeyd edək ki, özəl telekanalların rəhbərləri bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı onlara ciddi xəbərdarlıq edilmişdi.
OXŞAR XƏBƏRLƏR