Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Prokter & Gemble" gömrük qaydalarını pozub

"Prokter & Gemble" gömrük qaydalarını pozub

2024-05-22 , 12:32

"Prokter & Gemble Azərbaycan Servisləri" MMC-yə inzibati protokol yazılıb.

 
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır. Baxış iclası mayın 31-də keçiriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.