Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məşhur xəstəxana barəsində cərimə protokolu tərtib olundu

Məşhur xəstəxana barəsində cərimə protokolu tərtib olundu

Məşhur xəstəxana barəsində cərimə protokolu tərtib olundu
2023-08-30 , 16:49

"Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.
 
İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə araşdırılacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.