Orta məktəbdə direktoruna cərimə yazılıb? - Nazirliyi məhkəməyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəməyə verilib.
İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Mehriban Ələkbərova nazirliyin qərarından məhkəməyə şikayət edib. İşə Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Mehriban Ələkbərovanın 158 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işlədiyi deyilir. \Valyuta.az
OXŞAR XƏBƏRLƏR