Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vardanyanın şikayəti rədd edildi

Vardanyanın şikayəti rədd edildi

Vardanyanın şikayəti rədd edildi
2024-05-27 , 16:08

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan həbs müddətinin uzadılması ilə bağlı qərardan narazı qalıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Vardanyan vəkili vasitəsilə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayət ərizəsində həbs qərarının ləğv edilməsi istənilib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədov xüsusilə ağır cinayətdə ittiham olunan müttəhimlə bağlı birinci instansiya məhkəməsinin qərarını qanunauyğun hesab edib.
Qərara əsasən, apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. 10 gün əvvəl istintaqı aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs müddəti 5 ay uzadılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.